İdman

Naqelsmannın yeni klubu müəyyənləşib

22 İyun 2018 22:58
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hoffenhaym"ın baş məşqçisi Yulian Naqelsmann 2018/19 mövsümü bitən kimi postunu tərk edəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı mütəxəssis növbətimövsümündən etibarən LIeipzig klubuna yollanacaq. Naqelsmanın "Hoffenhaym"la müqaviləsi olsa da, o, artıq indidən sonrakı mövsüm üçün yeni anlaşmaya imza atıb. Gənc məşqçi "Leypzig"lə 2023-cü ilədək müqavilə bağlayıb.

Artıq "Hoffenhaym" da rəsmi açıqlama yayaraq, Naqelsmanın qarşıdakı mövsüm bitən kimi komandadan ayrılacağını təsdiqləyib. Naqelsmann 2016-cı ildən bu klubun əsas komandasının baş məşqçisidir. O, daha öncə bu klubun gənclərdən ibarət komandasına rəhbərlik edib.

Almaniya Bundesliqasının ən gənc baş məşqçisi olaraq tarixə keçən Naqelsmanın çalışdırdığı komanda geridə qalan mövsümü 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.