İdman

Elimizə gəlin gəlir - Ukraynadan - FOTO

22 İyun 2018 14:34
7 Şərh     Baxış: 5 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov subaylığın daşını atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı qrossmeyster ukraynalı həmkarı Natalya Buksa ilə nişanlanıb.

Onların nişan mərasimi 1 gün öncə rəsmiləşib və hər iki idmançı bunu sosial şəbəkə vasitəsilə paylaşıb.

1996-cı ildə Lvovda anadan olan Buksa 2015-ci ildə 20 yaşadək şahmatçılar arasında dünya çempionu tituluna yiyələnib. O, Ukrayna birinciliklərində və digər turnirlərdə müxtəlif əyarlı medallar qazanıb. Ölkəsinin yığmasının şərəfini qoruyan Natalyanın ən yüksək reytinqi ötən ilin dekabrına təsadüf edib. Qrossmeyster 2385 xalla 76-cı yerdə olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.