İdman

"Progres"in idman direktoru: ""Qəbələ" ilə düşəcəyimizi hiss etmişdim"

22 İyun 2018 13:16
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında Qəbələ-nin rəqibi Lüksemburq təmsilçisi "Progres" oldu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Tomas Gilgeman yerli mətbuata açıqlamasında püşk barədə fikirlərini bölüşüb.

"Ötən mövsüm Rangers-i keçəndən sonra populyarlaşmışıq. Düzü, bu mövsüm Qəbələ ilə düşəcəyimizi hiss etmişdim. Azərbaycana uzun səfər üçün hər şeyi təşkil edəcəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və hər şey tez bir zamanda yüksək səviyyədə həll olunacaq. Qəbələ haqqında məlumat toplamaq üçün çox araşdırma aparmağa ehtiyac yoxdur. Çünki rəqibimiz son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar Borussia (Dortmund), Krasnodar, PAOK, Anderlecht, Mainz, Saint-Etienne kimi komandalarla qarşılaşıblar. Bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik. Ötən il Rangers və AEL-lə görüşlərdə olduğu kimi. Püşkatmada səpələnmişlərin sırasına düşmək üçün hələ çox xallar toplamalıyıq" - Gilgeman deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.