İdman

"Real" "Barselona"nın transfer hədəfinə elçi düşüb

22 İyun 2018 18:58
2 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Real" ispaniyalı futbolçu ilə yaxından maraqlanır.

Madrid klubu Tiaqonu oyun təcrübəsinin azlığı səbəbindən komandanı tərk etməyi planlaşdıran Mateo Kovaçiçin alternativi qismində görür. Yığmada Alkantara ilə birlidkə çalışan "Real"ın yeni baş məşqçisi Xulen Lopetegi də onun oyun tərzinə yaxşı bələddi.

Daha öncə "Real"ın əzəli rəqibi "Barselona"nın Tiaqonu heyətinə qatmaq üçün 70 milyon avro ödəməyə hazır olduğu haqqında xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.