İdman

Üzünə tüpürdülər, "fahişə oğlu" dedilər - O isə Messini ittiham etdi - FOTO

22 İyun 2018 11:10
9 Şərh     Baxış: 3 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"40 milyon argentinalı hesab edir ki, məğlubiyyətə görə məsuliyyəti qapıçı Vilfredo Kabalyero və mən daşıyıram. Xorvatlarla matçda Kabalyero, həqiqətən də, çox pis oynadı. Qapının ona tapşırılmasının günahkarı mənəm. Lakin məğlubiyyətə görə məsuliyyəti tək o daşımır".

Rusiyada keçirilən DÇ-2018-də Xorvatiya millisinə 0:3 hesabla məğlub olan Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli belə deyib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 58 yaşlı məşqçi daha sonra Argentina yığmasının ulduzu, İspaniyanın "Barselona" klubunun oyunçusu Lionel Messidən danışıb.

"Messi bu matçda çox pis oynadı. O, hələ də komanda oyununa uyğunlaşa bilmir, komanda yoldaşlarını anlamır. Məğlubiyyətdə Messinin də payı böyükdür. 13 matçdır ki, komandanı meydana çıxarıram. Hər dəfə də oyunçular üçün ən yaxşı mövqeləri seçməyə çalışıram. Əfsuslar olsun ki, komanda üzvləri arasında qarşılıqlı anlaşma çox pis vəziyyətdədir. Mundiala gəlmiş bütün argentinalı azarkeşlərdən üzr istəyirəm. Özümü çox pis hiss edirəm", - X.Sampaoli deyib.

Xorvatiya-Argentina matçında xorvatlar "albiseleste"nin qapısına 3-cü qolu vurandan sonra tribunalardakı argentinalı azarkeşlərin qəzəbi son həddə çatıb.

Onlar Sampaoli tərəfə tüpürməyə başlayıblar. Fanatlar məşqçiyə su butulkaları atıblar, "Fahişə oğlu!" qışqırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.