İdman

DÇ-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşib

20 İyun 2018 20:28
0 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatının B qrupu çərçivəsində ikinci matçını Portuqaliyaya qarşı keçirən Mərakeş yenə minimal hesablı məğlubiyyətə düçar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub.

Birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) yenilən mərakeşlilər üçün son tur formallığa çevrilib. Komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyəti belə, onların imdadına yetişməyəcək.

Qeyd edək ki, İspaniya - Mərakeş qarşılaşması iyunun 25-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.