İdman

Yeni ənənə və evdə quru hesablı qələbə

20 İyun 2018 15:29
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klublarının avrokuboklarda lüksemburqlularla görüşməsi yeni ənənəyə çevrilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ilədək görüşməyən iki ölkə təmsilçiləri son iki mövsümdə 3 duelə çıxmışdı.

Bugünkü püşkün "Proqres"lə üz-üzə qoyduğu "Qəbələ" 4-cü duelin iştirakçısı olacaq. Hər iki komanda ilk dəfə bu ölkədən olan rəqiblə görüşür.

İlk Azərbaycan - Lüksemburq dueli Çempionlar Liqasına təsadüf edib. "Qarabağ" evdə məğlub etdiyi "Düdelanj"la səfərdə bərabərə qalaraq mərhələni keçib.

Ötən il isə Avropa Liqasında iki duel baş tutub. "Zirə" "Differdanj"ı hər iki oyunda məğlub edibsə, indiki "Keşlə" "İnter" adı ilə üzüntü yaşayıb. Bakılılar evdə məğlub etdiyi "Fola"dan böyükhesablı məğlubiyyət alıb.

Üç dueldən ikisində Azərbaycan, birində Lüksemburq klubu mərhələ keçib. Bizimkilər 4, rəqib 1 qələbə qazanıbsa, 1 dəfə heç-heçə qeydə alınıb. Top fərqi də klublarımızın lehinədi - 9:6.

Maraqlıdı ki, 4-cü dəfə də ilk oyun Azərbaycanda keçiriləcək. Evdəki bütün oyunlarda qalib gələn təmsilçilərimiz qol da buraxmayıb.

2016/17 mövsümü, Çempionlar Liqası

Qarabağ - Düdelanj (Lüksemburq) - 2:0, 1:1

2017/18 mövsümü, Avropa Liqası

Zirə - Differdanj (Lüksemburq) - 2:0, 2:1

İnter - Fola (Lüksemburq) - 1:0, 1:4

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.