İdman

Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmadı

20 İyun 2018 14:30
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın "Oliveyrense" komandasının futbolçusu Brayan Riaskosun "Neftçi"yə transferi baş tutmayıb.

Bu barədə report-a "ağ-qaralar"ın prezidenti Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı kolumbiyalı hücumçunun keçidi son anda rəsmiləşməyib: "Riaskosla prinsipial razılıq əldə etmişdik. Bu, sirr deyil. Hər şey rəqəmlərədək danışılmışdı. Lakin bir problem çıxdı. Brayanı Primeyraya vəsiqə qazanan "Nasyonal"a dəvət etdilər. Ona görə də "Neftçi"yə gələ bilmədi. Bu, son an məsələsi idi".

Qeyd edək ki, Brayan Riaskos 2017-2018 mövsümündə Portuqaliya Sequndasında 11 dəfə fərqlənib. "Oliveyrense" mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Primeyraya yüksələn "Nasyonal" isə 71 xalla Sequndanın qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.