İdman

Rus futbolçu dünya çempionatında rekord müəyyənləşdirdi

20 İyun 2018 14:21
1 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Misiri 3:1 hesabı ilə məğlub etdiyi matça Artyom Zyuba damğa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rusiyalı futbolçu vurduğu qolla yanaşı, təkbətək mübarizələrdəki üstünlüyü ilə diqqət çəkib.

Zyuba Misirlə görüş ərzində 55 dəfə ikili mübarizələrdə iştirak edərək, DÇ-2018-in ən yaxşı göstəricisinə imza atıb. Sözügedən göstərici üzrə ikinci sırada Kolumbiya millisinin hücumçusu Radamel Falkao (32 ikili mübarizə) qərarlaşıb.

Qeyd edək ki, Zyuba 55 təkbətək mübarizənin 23-dən qalib ayrılıb. Bu da turnirin rekordu hesab olunur. Hücumçunun ən yaxın izləyicisi Uruqvay millisinin müdafiəçisi Dieqo Qodindi (19).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.