İdman

Karvaxal İrana qarşı oynayacaq

20 İyun 2018 12:09
2 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin müdafiəçisi Dani Karvaxal zədəsini sağaldıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, "matadorlar"ın İranla oynayacağı matçda meydana çıxa biləcək.

Bu barədə oyun öncəsi mətbuat konfransında baş məşqçi Fernando Yerro məlumat verib: "Dani fizioterapevtlərlə oyuna hazırlaşır. Artıq tam məşqlərə də başlayıb. İranla oyunda meydana çıxa bilər. Üç xala ehtiyacımız var və bunu qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, Çempionlar Liqasının finalında sıradan çıxan Dani Karvaxal İspaniyanın dünya çempionatındakı ilk matçını zədə səbəbindən buraxmışdı. Onun əvəzinə Naço meydana çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.