İdman

Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandılar

20 İyun 2018 12:05
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Yunan-Roma güləşçilərindən Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Əli Əlizadə (68 kq) isə bürünc medala yiyələnib. 

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) sahib olub. 

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev də yer alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.