İdman

13 yaşlı təcrübəsiz rəqib - “Olimpiya”

19 İyun 2018 19:04
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya çempionu "Olimpiya" ilə qarşılaşacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubunun rəqibinin cəmi 13 yaşı var.

"Olimpiya" ilk olaraq 1911-ci ildə yaradılıb. Lakin 2004-cü ildə maddi problemlərə görə fəaliyyətini dayandırıb. 2005-ci ildə sıfırdan eyni adla klub yaradılıb. Bu səbəbdən yeni "Olimpiya"nın yaranma tarixi 2005-ci il hesab olunur. 5-ci liqadan mübarizəyə başlayan "Olimpiya" hər il yüksəlişə nail olub və 2009-cu ildə elitada debüt edib. 2 dəfə gümüş, 1 dəfə bürünc medal əldə edən Lyublyana təmsilçisi artıq 2 qat ölkə çempionudu - 2015/16, 2017/18. Komanda ötən mövsüm tarixində ilk dəfə Sloveniya kubokunu muzeyinə aparıb.

Bu vaxta qədər avrokuboklarda cəmi 18 oyuna çıxmış "Olimpiya" aktivinə 6 qələbə və 4 heç-heçə yazdırıb. 8 dəfə meydanı məğlub tərk edən Sloveniya çempionu bu oyunlarda 24 qol vurub, 22 top buraxıb. Komanda Avropa Liqasında 2011/12 mövsümündə 2, 2012/13 mövsümündə isə 1 mərhələ adlamaqla öyünə bilər.

"Qarabağ"ın rəqibinin heyətində Avstraliya, Xorvatiya, Argentina, Bosniya və Herseqovina, Serbiya, Nigeriya, Portuqaliya, Qana, İtaliya, Hollandiya və Avstriyadan olan legionerlər çıxış edir.

Milan Mandariçin prezidenti olduğu "Olimpiya"nı serbiyalı İliya Stolika çalışdırır. Komanda ev oyunlarını 16038 tamaşaçı tutumuna malik "Stozitse" stadionunda keçirir. "Olimpiya"nın ev forması yaşıl-ağ, səfər formaları isə ağ və boz-qaradı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.