İdman

"Deməmişəm ki, "Neftçi" ilə çempion olmaq çətindir"

19 İyun 2018 10:14
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən və məşqçi yoldaşlarıma güclü komanda həvalə olunub. Ona görə də əlimizdən gələni edəcəyik ki, növbəti mövsümdə maksimum nəticə göstərək. Xoş təəssüratlarımız var. Gələcəyə ümidlə baxırıq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin komandanın bugünkü açıq məşqi zamanı keçirdiyi brifinqdə deyib. İtaliyalı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb:

- İtaliya mətbuatına açıqlamanızda "Qarabağ"la rəqabətdə çempionluğun asan olmayacağını demisiniz. "Neftçi"ni çempion edə biləcəksiniz?

- Ola bilsin, siz səhv oxumusunuz. Mən heç vaxt elə ifadə işlətməmişəm. Ola bilsin, "Qarabağ" kimi güclü komandanın olduğunu demişəm. Amma deməmişəm ki, "Neftçi" ilə çempion olmaq çətindir. Yeni oyunçular transfer etməyə hazırlaşırıq. Çalışacağıq ki, növbəti mövsüm baş rolda biz olaq.

- Komandaya yeni qoşulan oyunçulardan söz düşmüşkən, onların arasında Moldova "Şerif"ində rəhbərliyiniz altında çıxış etmiş Zigi Badibanqa da var?

- (Gülür) Siz məndən yaxşı bilirsiniz ki... Mənim elə bir məlumatım yoxdur. Rəhbərliyimizin etdiyi transferlər çox güclü oyunçulardır. Belə məsələləri daha çox klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovla danışın. Çünki mən transfer məsələlərinə qarışmıram. Amma təbii ki, öz məsləhətlərimi verirəm.

- Bəs sizin istəyinizlə gerçəkləşən transfer olmayacaq?

- "Neftçi" böyük klubdur. Hamı gəlib bu komandada oynamaq istəyir. Amma gərək indidən bir söz deməyək. Təbii ki, bəzi mövqelərə açar oyunçular lazımdır. Yəqin ki, yaxın günlərdə onlar da olacaq.

- Bugünkü məşqi azarkeşlər də izlədilər. Onları necə sevindirəcəksiniz?

- Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bəzi oyunçular çatışmır. Bu da qısa müddət ərzində həllini tapacaq. Yaxşı nəticə göstərmək istəyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.