İdman

"Qəbələ"dən ayrılan futbolçu atasının baş məşqçi olduğu komandada

19 İyun 2018 09:34
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"dən ayrılan futbolçu Vitali Vernidub Ukraynanın "Zarya" komandasının təlim-məşq toplanışına qatılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi iyunun 18-dən başlanan hazırlıq prosesində iştirak edir. Onun əsas komandada qalıb-qalmayacağı hələlik bilinmir. İyunun 30-dək Zaporojyedə hazırlıq keçəcək "Zarya" ertəsi gün Sloveniyaya yollanacaq. V.Vernidub klubda qalsa, "Qəbələ" ilə Adriatik dənizi sahillərində görüşə biləcək.

Qeyd edək ki, "Zarya"nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdur. "Qəbələ" ukraynalı legioneri ilə başa çatan müqaviləni uzatmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.