İdman

Klublarımızın 5 potensial rəqibi bilindi - Avropa Liqası

19 İyun 2018 09:05
0 Şərh     Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında çıxış edəcək klublarımızın 5 potensial rəqibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, artıq qruplar bəlli olduğundan klublarımızın  I təsnifat mərhələsindəki 5 potensial rəqibi məlum olub. Hər 3 klubumuz səpələnmişlər qrupunda yer alıb.

Gümüş mükafatçı "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klublarıdır.

Bürünc medalçı "Neftçi" "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə qarşılaşacaq.

Ölkə kubokunun sahibi "Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.