İdman

“Roma” baş məşqçisi ilə müqaviləni yenilədi

19 İyun 2018 09:10
0 Şərh     Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Roma" klubu baş məşqçi Eusebio Di Françesko ilə bağlı qərar verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, paytaxt təmsilçisi 48 yaşlı mütəxəssisi postundan saxlamağa qərar verib. Di Françesko "canavarlar"la yeni müqaviləyə imza atıb. Paytaxt klubununun rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi ilə yeni müqavilənin müddəti 2020-ci ilin 30 iyununa kimi davam edəcək.

Di Françesko "Roma"nı ötən mövsümün əvvəlindən çalışdırır. Onun rəhbərliyi altında komanda geridə qalan mövsümdə A Seriyasında üçüncü oldu, UEFA Çempionlar Liqasında isə yarımfinala qədər yüksəldi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.