İdman

"Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə endi

18 İyun 2018 22:08
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klublar artıq qruplara bölünüblər.

Səpələnmişlər arasında yer alacaq Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib. I qrupda yer alan ağdamlıların mümkün rəqiblərinin sayı 16-dan 5-ə enib. Qurban Qurbanovun yetirmələrinin bəxtinə püşk "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Sloveniya), "Suduva" (Litva) və ya "Torpedo"nu (Kutaisi, Gürcüstan) çıxaracaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.