İdman

"Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"

18 İyun 2018 11:50
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika DÇ -2018-in qrup mərhələsində turnirin son qalibi Almaniyanı minimal hesabla məğlub etməyi bacarıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonrakı açıqlamasında Şimali Amerika təmsilçisinin baş məşqçisi Xuan Karlos Osorio maraqlı açıqlamalarla yadda qalıb.

"Almanları məğlub etmək üçün 6 ay öncə bir plan qurmuşduq. İki sürətli cinah oyunçusu ilə mübarizə apardıq ki, onlardan biri qol vurdu. Biz rəqibə əks-hücumlarda çox sayda çətin anlar yaşatdıq. İlk yarıda oyunu diqtə edirdik. Bilirdik ki, rəqib hücuma qayıtmaq istəyəcək. Az qala ikinci qolu da vuracaqdıq. Çox məmnunam. Gənc oyunçularımız Meksika futbolunun gələcəyidri. Bu qələbəni bürün meksikalı azarkeşlərə həsr edirik. Onlar buna layiqdir. Biz cəsarətlə və ürəklə irəli getdik. Müdafiədə eyni cür mübarizə apardıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.