İdman

İngiltərə, İsveç və Belçika mübarizəyə qoşulur

18 İyun 2018 10:37
2 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutacaq.

F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək.

G qrupunda isə mübarizəyə start veriləcək. Öncə meydana Belçika və Panama yığmaları çıxacaq.

Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayacaq. İngiltərənin rəqibi Tunis olacaq.

DÇ-2018

I tur

18 iyun

F qrupu

16:00. İsveç - Cənubi Koreya

Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)

Nijni Novqorod. Şəhər stadionu

G qrupu

19:00. Belçika - Panama

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)

Soçi. "Fişt" stadionu

22:00. Tunis - İngiltərə

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)

Volqoqrad. "Volqoqrad Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.