İdman

"Neftçi"də daha bir məşqçi müəyyənləşdi

18 İyun 2018 10:10
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.

2009-2012-ci illərdə "Neftçi"də çıxış etmiş Abdullayev "Xəzər Universiteti", "Xəzər Lənkəran", "Qəbələ", "Rəvan", AZAL və "Zirə" klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

Rəşad Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi"nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.