İdman

"Rəqib bizə hücum etməyə imkan vermirdi"

18 İyun 2018 09:10
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamla fəxr edirəm. Braziliyanın daha çox yaxşı imkanları oldu. Amma biz pressinq etməklə, yaxşı hücumlarla cavab verdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.

O, DÇ-2018-in Braziliya ilə görüşündəki 1:1 hesablı bərabərlik haqda fikirlərini açıqlayıb: "Futbolçularımıza əhsən düşür. Yarışa güclü başladıq. Oyunda mübahisəli məqamlar olsa da, bizim qol təmiz mübarizəyə təsadüf etdi. Oyuna yaxşı başlasaq da, sonra bir az ötürmələrin keyfiyyətini aşağı saldıq. Rəqib bizə hücum etməyə imkan vermirdi. Belə komanda ilə oyunda yüksək səviyyə göstərməlisən ki, biz də bunu etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.