İdman

"Neftçi" Azərbaycan Premyer Liqasının bombardirini transfer edib

17 İyun 2018 20:01
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" növbəti transferini reallaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi"nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. Fransanın "İvri", "Kreteil", "İstres" komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ"nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

"Neftçi" bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.