İdman

Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

17 İyun 2018 19:08
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uotford" və Mərakeş millisinin yarımmüdafiəçisi Nodrin Amrabat dünya çempionatının qrup mərhələsində komandasının Portuqaliyaya qarşı matçını buraxmalı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı havbek İranla ilk oyunda başından zədə alıb. Həmin gecəni xəstəxanada keçirən futbolçu daha sonra millinin bazasına qayıdıb. Amma aldığı zədə onun 1 həftə meydana çıxmasına mane olacaq.

Portuqaliya - Mərakeş qarşılaşması iyunun 20-si baş tutacaq. Afrika təmsilçisi qrup mərhələsində son oyununu İspaniya ilə 25 iyunda keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.