İdman

Rusiyada azarkeş xəstəxanalıq olub

17 İyun 2018 18:30
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya təşrif buyuran nigeriyalı azarkeşlərdən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə Moskvanın Brusilova küçəsində yerləşən binada baş verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan fanat ikinci mərtəbədən yıxılıb. Bəzi KİV-lər nigeriyalının evin sakinləri tərəfindən yerə atılmasını yazsa da, Rusiyanın Xarici işlər nazirliyi bunu təkzib edib. Qurum onun öz istəyi ilə eyvana çıxdığını və ehtiyatsızlıq ucbatından yıxıldığını qeyd edib.

Xatırladaq ki, Nigeriya DÇ-2018-in qrup mərhələsində keçirdiyi ilk oyunda Xorvatiyaya 0:2 hesabıyla uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.