İdman

"Özümü dünya çempionatında yox, cənazə mərasimində hiss edirəm" - Ramos

15 İyun 2018 14:42
9 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özümü dünya çempionatında deyil, cənazə mərasimində hiss edirəm. Artıq səhifəni dəyişməliyik. Bu söz-söhbətlər mənə də xoş deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya millisinin kapitanı Serxio Ramos "Mirror"a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi mundialın startına bir gün qalmış millidəki baş məşqçi dəyişikliyinə münasibət bildirib:

"Julen Lopeteqi bizim üçün önəmli məşqçi idi, amma əsas İspaniyadır, gerbimizdir. İndiki vaxtda Yerrodan yaxşı variant olmazdı". 

İspaniya millisi mundialın ilk oyununda bu gün Portuqaliya ilə qarşılaşacaq.

Ramos "Real"da komanda yoldaşı olan Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu barədə  danışıb

"Ronaldu ilə eyni komandada olmağı seçərəm, rəqib olmağı isə yox. O, həqiqətən də, güclü futbolçudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.