İdman

Xavidən İspaniya Futbol Federasiyasına dəstək

14 İyun 2018 23:52
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xavi Ernandes dünya çempionatının startına bir gün qalmış baş məşqçi dəyişikliyinə gedən İspaniya yığmasının doğru addım atdığını düşünür. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Xulen Lopeteqinin "Real"la mundial ərəfəsində anlaşmasının düzgün olmadığını qeyd edən 38 yaşlı sabiq futbolçu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi dəstəkləyib.

Federasiyanın ayrı-ayrı fərdlərdən daha önəmli olduğunu qeyd edən Xavi, "Federasiya ortaya çıxan mürəkkəb vəziyyətdə müdaxilə etməli və qərar verməliydi. Rubiales zamanında müdaxilə etdi" - deyə, vurğulayıb.

Xavi həmçinin Lopeteqinin əvəzinə baş məşqçi postuna təyin olunan Fernando Yerronu da dəstəkləyib: "Fernando Yerroya uğurlar arzu edirəm. İşi çətin olacaq, amma komandanı ən yaxşı şəkildə matçlara hazırlaşdıracağından əminəm. Bütün yaşananlara baxmayaraq, məncə, İspaniya hələ də turnirin əsas favoritlərindən biri olaraq qalır".

Qeyd edək ki, Xulen Lopeteqi "Real"a baş məşqçi təyin olunmasının ardından İspaniya yığmasından uzaqlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.