İdman

“Sadiqliyi burda öyrəndim” – “Real” Lopeteqini təqdim etdi

14 İyun 2018 23:52
0 Şərh     Baxış: 735

"Real" yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün "kral klubu" ilə münasibətlərini rəsmiləşdirib.

3 illik müqaviləyə qol çəkən çalışdırıcı təqdimetmə mərasimində bunları deyib: "Anamın ölümündən sonra dünən həyatımın ən kədərli günü idi (İspaniya yığmasından qovulmasını nəzərdə tutur). Bu gün isə ən xoşbəxt günümdü. 18 yaşımda qardaşımın yanında əsgər kimi göründüyüm an yadımdadı. "Kastilya"da və "Real"ın əsas komandasında oynamışam. Həmçinin "Kastilya"nın baş məşqçisi olmuşam. İndi isə əsas komandaya rəhbərlik etmək imkanı qazanıram. Sadiqliyin nə olduğunu burda öyrəndim".

Qeyd edək ki, Xulen Lopeteqi qapıçı karyerası ərzində 1988-1991-ci illərdə "Real"ın, 1994-1997-ci illərdə isə "Barselona"nın formasını geyinib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.