İdman

Daha 4 futbolçu “Qəbələ”yə qoşuldu

14 İyun 2018 22:00
0 Şərh     Baxış: 452

"Qəbələ" 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Qəbələ toplanışının 3-cü gününü iki məşqlə başa vurub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən qayıdan futbolçular da bugünkü hazırlıqlarda iştirak edib. Hacıağa Hacılı, Qismət Alıyev, Amin Seydiyev və Bəhlul Mustafazadə günün ilk yarısında komandadan ayrı çalışıblar.

İlk məşqi fitnes zalda gerçəkləşdirən gənclər günün ikinci yarısında komandayla birlikdə hazırlıq keçib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.