İdman

Pasportların əllərindən alıb Rusiyaya getməyə qadağa qoydular

14 İyun 2018 16:42
0 Şərh     Baxış: 820

1200-dən çox ingilis azarkeş DÇ-2018-in oyunlarını izləmək üçün Rusiyaya gələ bilməyəcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu qadağanı İngiltərə hakimiyyəti tətbiq edib. Onların əvvəlki mundiallarda davranışları araşdırıldıqdan sonra Rusiyaya getmələrinə icazə verilməyib.

İngiltərə polisinin nümayəndəsi bildirib ki, bunun üçün ölkədə xüsusi əməliyyat keçirilib. Adları "qara siyahı"da olan bütün azarkeşlərin pasportları əllərindən alınıb ki, onlar Rusiyaya gedə bilməsinlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.