İdman

Ən çox izləyicisi olan klub müəyyənləşib

14 İyun 2018 16:37
0 Şərh     Baxış: 762

Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, "KPMG Football Benchmark"ın araşdırmasına əsasən, İspaniya təmsilçisi "Real Madrid" ilk sıradadır. "Kral klubu"nun 214,5 milyon izləyicisi var. İkinci sırada 211,3 milyonluq göstərici ilə başqa bir İspaniya klubu - "Barselona" qərarlaşıb.

İngiltərənin "Mançester Yunayted" klubu isə siyahıda üçüncüdür. "Qırmızı şeytanlar"ı 114,9 milyon nəfər izləyir.

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu sosial şəbəkələrdə ən çox izləyici olan futbolçudur - 318,3 milyon.

Qeyd edək ki, siyahı "Facebook", "Instagram" və "Twitter" hesabları üzrə izləyici göstəricilərinə əsasən hazırlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.