İdman

"Yox" desəydim, özümü bağışlaya bilməzdim" - Fernando Yerro

14 İyun 2018 15:34
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz dünya kuboku üçün mübarizə aparmağa gəlmişik. Bunun üçün gözəl imkanımız var. Oyunçular həyəcanlıdırlar. Bu, hər kəs üçün çətindir. Onlar bütün gücünü meydanda ortaya qoyacaqlar. Dünya çempionatında heç nəyə zəmanət verilmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya millisinin yeni baş məşqçisi Fernando Yerro DÇ-2018 oyunları öncəsi deyib.

O, yığmaya keçidi barədə də danışıb: "Federasiya prezidenti mənə bu barədə deyəndə 3 variantım var idi. Heç nə deməmək, başqa məşqçi axtarmağı təklif etmək və razılaşmaq. Mən bu təklifə "yox" deyə bilməzdim. Çünki mən bunu özümə bağışlaya bilməzdim".

Qeyd edək ki, F.Yerro dünən İspaniya millisinə baş məşqçi təyin edilib. O, istefaya göndərilən Xulen Lopeteqini əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.