İdman

86 yaşlı qadın futbol üzrə builki dünya çempionatında könüllü kimi çalışacaq

15 İyun 2018 05:30
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saransk (Mordoviya Respublikası) sakini, 86 yaşlı Lidiya Volkova Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının ən yaşlı könüllüsü olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaxtilə Mordoviya Respublikası Maliyyə Nazirliyinin əməkdaşı olmuş L.Volkovanın dünya çempionatında turizm-məlumat məntəqələrinin birində işləyəcəyi ehtimal edilir.

Volkova deyib: "Mən əvvəllər bütün xokkeyçilərin adlarını bilirdim, futbolçuları tanıyırdım. Hətta bu işlər üçün bir ümumi dəftər ayırmışdım".

55 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulan "gümüş könüllülük" Mordoviyada 2016-cı ildən təcrübədən keçirilir. Gözlənildiyinə görə, dünya çempionatında çalışmaq istəyən yaşlı könüllülərin sayı 100-ə yaxın olacaq. Digər könüllülərlə çiyin-çiyinə işləyəcəklərinə baxmayaraq, onların az fiziki güc tələb edən sahələrə cəlb olunacaqları planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.