İdman

"Barselona"dan 110 milyonlu transfer istəyi

14 İyun 2018 19:16
0 Şərh     Baxış: 681

"Barselona" mövsümlərarası fasilədə heyətini gücləndirməyə çalışacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, katalon klubu "Ayaks"ın gənc oyunçuları Matteys de Liqt və Frenki de Yonqlə yaxından maraqlanır.

Amsterdam təmsilçisi 50 milyon avro qarşılığında de Yonqla yollarını ayırmağa hazırdı. De Liqtin transferi isə "Barselona"ya 60 milyon avrodan yuxarı qiymətə başa gələ bilər.

Qeyd edək ki, "Barselona"nın yay "transfer pəncərəsi"ndəki bir digər transfer hədəfi "Atletiko"nun hücumçusu Antuan Qrizmanndı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.