İdman

UEFA "Qalatasaray"ı cərimələdi

14 İyun 2018 19:37
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 UEFA "Qalatasaray"ı cəzalandırıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib. 

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə ödəniləcək. 

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq. 

Eyni zamanda aslanlar 2018-2019 mövsümündə 20, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.