İdman

DÇ-2018: Azarkeşlər stadiona toyuq gətirmək istəyir

14 İyun 2018 09:43
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyalı azarkeşlər dünya çempionatı vaxtı stadiona toyuq gətirmək istəyirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Kalininqrad bölgəsinin mədəniyyət və turizm naziri Aleksandr Yermak yerli mətbuata açıqlama verib.

Dövlət rəsmisi bildirib ki, mundialla bağlı yaratdıqları qaynar xəttə müxtəlif müraciətlər olur: "Onlardan birində nigeriyalı fanatlar hardan toyuq ala biləcəklərini və oyun vaxtı stadiona canlı toyuq gətirib-gətirə bilməyəcəklərini soruşdular. Bu, onların simvolu imiş. Amma izah etdik ki, belə şeyə icazə verə bilmərik, amma onlara toyuğun harda satıldığını dedik".

Qeyd edək ki, DÇ-2018 zamanı Kalininqradda 4 oyun keçiriləcək. İyunun 16-da Nigeriya ilə Xorvatiya, 22-də Serbiya İsveçrə ilə üz-üzə gələcək. 25 iyunda İspaniya - Mərakeş, bundan 3 gün sonra isə İngiltərə - Belçika qarşılaşmaları oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.