İdman

Məmmədyarov – Karyakin duelində “sülh”

14 İyun 2018 09:46
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının I mərhələsi davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub.

Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.