İdman

Braziliyanın start heyəti mətbuata sızdı

14 İyun 2018 09:58
0 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin iyunun 17-də DÇ-2018-dəki ilk oyununda İsveçrəyə qarşı hansı heyətlə meydana çıxacağı məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Qabriel Jezusun dostu baş məşqçi Titenin start heyətini ifşa edib.

Belə ki, Braziliya millisinin Soçidəki məşqinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olsa da, futbolçuların yaxın ətrafı sonadək məşqi izləyə bilib. Bu da nəticəsi...

Qabrielin dostlarından biri bilmədən komandanın sirrini açıb. O, "İnstaqram" səhifəsində komandanın məşqdə oynadığı heyəti paylaşıb: Alisson - Danilo, Tyaqo Silva, Miranda, Marselo - Kazemiro, Paulinyo, Koutinyo, Villian - Qabriel Jezus, Neymar.

Maraqlıdı ki, "sambaçılar" iyunun 10-da Avstriya ilə son yoxlama oyununda da məhz meydana bu heyətlə çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.