İdman

Rusiyada futbol üzrə 21-ci dünya çempionatı başlayır

14 İyun 2018 08:18
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə dünya çempionatı cümə axşamı Moskvada "Lujniki" arenasında Rusiya və Səudiyyə Ərəbistanı milli komandaları arasında keçiriləcək oyunla başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiya ilk dəfə 11 şəhərin 12 stadionda keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Yarışma iyulun 15 Moskvanın "Lujniki" stadionunda keçiriləcək final oyunuyla sona çatacaq.

21-ci dünya çempionatı 32 komandanın iştirakı ilə keçiriləcək. İlkin mərhələdə yığmalar 8 qrupa bölünür. Çempionatın belə formatı 1998-ci ildən etibarən mövcuddur. 1/8 final çıxmaq üçün qrupdakı ilk iki yerdən birini tutmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.