İdman

“Dünya çempionatı hamı üçündür"

13 İyun 2018 17:36
0 Şərh     Baxış: 475

Moskvada FİFA-nın konqresi keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, toplantıda çıxış edən Rusiya prezidenti Vladimir Putin idmanın hər zaman siyasətdən uzaq olduğunu, dünya çempionatını izləmək üçün Rusiyaya gələnləri  xoş istirahətin gözlədiyini deyib:

"Dünya çempionatının başlamasına bir neçə saat qalır .Biz bu turnirə böyük bir komanda şəklində hazırlaşmışıq. Şübhəsiz ki, belə bir mötəbər festivala hazırlıq yalnız dünya futbol  ailəsinin köməyi sayəsində mümkün olub. İnfantino FİFA-ya çox mürəkkəb bir dövrdə rəhbərlik edir. Ədalətli , prinsipial davranışına, Rusiyaya müsbət fikirlərlə yanaşmasına görə FİFA prezidentinə təşəkkür edirəm.  Dünya çempionatı hamı üçündür. Biz istəyirik ki, ölkəmizə gələn insanlar mədəniyyətimizlə tanış olsunlar, Rusiyadan xoş təəssüratla ayrılsınlar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.