İdman

Məmmədyarov qələbə ilə başlayıb, heç-heçə ilə bitirdi

13 İyun 2018 11:46
0 Şərh     Baxış: 482

Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının I mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda mübarizə rapid növü ilə başlayıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 3 turda 3 xal toplayıb. Vişvanatan Ananda (Hindistan) qalib gələn qrossmeysterimiz Uesli Soya (ABŞ) uduzub. O, günün son matçında isə Aniş Qiri (Hollandiya) ilə heç-heçə edib.

İlk günün yekununa əsasən So vahid liderdi. O, 5 xala malikdi. Məmmədyarov isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda 10 şahmatçı mübarizə aparır. İştirakçılar mərhələnin ilk 3 günündə rapid, son 2 günündə blits oynayacaqlar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.