İdman

Ramil Şeydayevin “Mattersburq”a keçidi niyə ləngiyir?

13 İyun 2018 19:24
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Avstriya klubu "Mattersburq"a keçidinin ləngimə səbəbi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avstriyalılar futbolçunun transfer vərəqəsini gözləyir.

Belə ki, Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsus olduğundan, Türkiyə klubu sərbəst qalma sənədini Avstriyaya hələ göndərməyib. Bu isə müəyyən vaxt tələb edir. Transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən "Mattersburq"un oyunçusu olacaq.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.