İdman

Meksika millisinin heyətində dəyişiklik

13 İyun 2018 19:45
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə 2018-ci il dünya çempionatında iştirak edəcək Meksika millisinin heyətində dəyişiklik edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, dizaltı vətəri zədələndiyi üçün Dieqo Reyes heyətdən çıxarılıb. Portuqaliyanın "Portu" klubunun formasını geyinən 26 yaşlı müdafiəçini Meksika "Paçuka"sının yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.

Qeyd edək ki, mudialın oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Meksika millisi iyunun 17-də Moskvada Almaniya, iyunun 23-də Rostov-Donda Cənubi Koreya, iyunun 27-də isə Yekaterinburqda İsveçlə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.