İdman

Milli komandaya namizədlər açıqlandı

13 İyun 2018 09:47
Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqinin mümkün əvəzləyicilərinin siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, onun DÇ-2018-dən sonra "Real"ın "sükanı arxası"na keçəcəyi açıqlanan kimi İspaniya mətbuatı namizəd axtarişina başlayıb.

Nüfuzlu "Marka" nəşri bu posta 4 iddiaçı görür. Bunlar "Malaqa"nın sabiq çalışdırıcısı Miçel Qonsales, "Barselona"nın keçmiş məşqçisi Luis Enrike, gənclər yığmasına rəhbərlik edən Albert Selades və "Nottingem Forest"in meneceri Aytor Karankadı.

"El Mundo"nun siyahısı daha genişdi. Kataloniyalılar da Enrike, Selades və Miçeli namizədlər arasında görür. İspaniya Futbol Federasiyasının idman direktoru Fernando Yerro, "Las Palmas"ın sabiq məşqçisi Pako Hemes, "Betis"sə çalışan Kike Setien və "Espanyol"dan tanınan Kike Sançes Flores də siyahıya daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.