İdman

Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşdi

12 İyun 2018 22:12
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyində ilk günün qalibləri məlum olub.

Milli.Az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oğlanların mübarizəsində Rəşad Yelkiyev (60 kq) və İlkin Babazadə (66 kq) qızıl medal qazanıb.

Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zairova (57 kq), Günel Bəkirzadə (63 kq), Aidə Baxışova (70 kq), Mehriban İmanzadə (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, İki gün davam edəcək ölkə birinciliyinin ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.