İdman

Məşhur argentinalı İngiltərə klubunda

12 İyun 2018 20:26
0 Şərh     Baxış: 365

Məşhur argentinalı məşqçi Marselo Byelsanın yeni iş yeri bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Dəli" ləqəbli mütəxəssis İngiltərənin "Lids" klubunu çalışdırmağa razılıq verib.

63 yaşlı çalışdırıcı II divizionda işləməkdə tərəddüd etsə də, klub rəhbərliyi onu layihənin ciddiliyinə inandırıb. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.

Qeyd edək ki, karyerası ərzində bir çox komandalara rəhbərlik etmiş Byelsa Argentina və Çili yığmalarını da çalışdırıb. Onun son iş yeri 2017-ci ildə qovulduğu Fransa "Lill"i olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.