İdman

"Fənərbağça"nın borcları Ali Koçu şok etdi

12 İyun 2018 18:15
0 Şərh     Baxış: 891

"Fənərbağça"da Ali Koçun rəhbərlik etdiyi yeni idarə heyəti maliyyə hesabatı qarşısında məyusluqla üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, posta gəlmədən öncə aparılan hesablama ilə indiki arasında kəskin fərq ortaya çıxıb:

"Borc təxmin etdiyimizdən 2-3 dəfə yüksəkdir. Bizim ilkin hesablamamızdan qat-qat yüksəkdir. İşin içindən çıxmaq bizim üçün çətin olacaq. Götürülən kreditlər vəziyyəti daha da pisləşdirib. Sponsor gəlirləri də ortadadır. İlk olaraq, bu problemi həll etməliyik. Azarkeşlərimizin bizdən, haqlı olaraq, yeni texniki direktor və transfer gözləntiləri var. Ancaq maddi böhranı aradan qaldırmadan, gələcəklə bağlı rahat qərar verə bilmərik. Ancaq bu xəyallarımızdan vaz keçəcəyimiz anlamına gəlmir. Klubda bundan sonra hər şey qaydalara uyğun, nizam içində olacaq".

Türkiyə mətbuatı klubun 550 milyon avro borcu olduğunu yazıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.