İdman

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da

12 İyun 2018 13:51
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının ilk mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatılacaqları yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Bu mərhələdə onun rəqibləri Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Aniş Qiri (Hollandiya) və Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

Yarış iyunun 16-da başa çatacaq. İştirakçılar mərhələnin ilk 3 günündə rapid, son 2 günündə blits oynayacaqlar.

"Grand Chess Tour" iyunun 20-24 Parisdə (Fransa) davam edəcək. Şahmatçılar avqustun 9-16-da və 16-29-da Sent-Luisdə (ABŞ) bir araya gələcəklər. Həlledici mərhələ isə dekabrda Londonda (İngiltərə) olacaq. Burda əvvəlki yarışların yekununa əsasən ən yaxşı nəticə göstərən 4 şahmatçı mübarizə aparacaq.

Qeyd edək ki, bir şahmatçı isə fərqli turnirlərdə xüsusi dəvətlə oynayacaq. Lyovendə bu şans Anşi Qiriyə (Hollandiya) verilibsə, Parisdə Vladimir Kramnikin (Rusiya) mübarizə aparacağı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.