İdman

“Neftçi” "Sumqayıt"ın futbolçusunu transfer etdi

12 İyun 2018 13:37
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rəşad Eyubovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. O, 4 nömrəli formanı geyinəcək.

Eyubov ötən mövsümü "Sumqayıt" klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets" və "Metallurq" klubları ilə yanaşı, Azərbaycanın "Simurq", "Xəzər Lənkəran", "Kəpəz" və "Qəbələ" komandalarında da çıxış edib.

Qeyd edək ki, "Neftçi" bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.