İdman

Səmədov Rusiya yığmasını atasının təkidi ilə seçib

12 İyun 2018 18:33
1 Şərh     Baxış: 941

Rusiya yığmasının heyətində 2018-ci il dünya çempionatında iştirak edəcək azərbaycanlı futbolçu Aleksandr Səmədovla bağlı geniş yazı dərc olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, TASS agentliyinin hazırladığı məqalədə iyulun 19-da 34 yaşı tamam olacaq yarımmüdafiəçinin vaxtilə Azərbaycan və Rusiya yığmaları arasında etdiyi seçiminə də toxunulub. Bildirilir ki, atası Sergeyin azarkeşlik etdiyi Moskva "Spartak"ının yetirməsi olan A.Səmədov məhz valideyninin təkidi ilə Rusiya yığmasının formasını geyinib: "Hələ 2009-cu ildə yığmanın baş məqçisi Qus Hiddink onun oyununu qeyd edir və namizədlər arasında göstərirdi. Lakin məsələ dəvət almağa qədər gedib çıxmadı. Bunun fonunda, futbolçunun atasının mənşəyi nəzərə alınaraq, ona Azərbaycan yığmasında çıxış etməklə bağlı israrlı təkliflər gəlməkdə idi. Səmədov isə hər dəfə rədd cavabı verirdi. Özü də bunu atası təkid edirdi. O istəyirdi ki, oğlunun Rusiya millisinin heyətində dünya və ya Avropa çempionatında oynamaq imkanı olsun. Bundan əlavə, Aleksandr Rusiya çempionatında legioner sayılmaq istəmirdi".

Səmədovun Rusiya yığmasındakı debütü 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. O, 2011-ci il oktyabrın 7-də Bratislavada Slovakiya ilə görüşdə meydana çıxıb. Lakin əslən azərbaycanlı futbolçu AVRO-2012-yə yollanan heyətə düşməyib. Əvəzində DÇ-2014-də arzusuna çatıb. İndiyə qədər millidə 48 oyun keçirən yarımmüdafiəçinin hesabında 7 qol var.

Hazırda Moskva "Spartak"ının formasını geyinən Səmədov karyerası ərzində Moskvanın "Lokomotiv" və "Dinamo", eləcə də paytaxtın eyniadlı komandasında çıxış edib.

Qeyd edək ki, Aleksandr Səmədov 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfində Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 12 İyun 19:0800

    Düzgün qərar verib...hamımıza bəllidi ki,bizdə futbol inkişaf etməyib və heç vaxt etməyəcəkdə...Ağıllı insanlar gələcəyini fikirləşib düzgün qərar verirlər..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.