İdman

Gerrye "Qarabağ"la yeni müqavilə bağladı

12 İyun 2018 10:42
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haiti milli komandasının futbolçusu Vild-Donald Gerrye "Qarabağ" klubu ilə yeni müqavilə bağlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib. Gerrye deyib ki, mövcud sözləşməsini daha bir il müddətinə uzadıb. İtaliya klubları ilə danışıqlar aparmadığını söyləyən təcrübəli oyunçu bu həftə Ağdam komandasının heyətində Çempionlar Liqasına hazırlıq üçün məşqləri bərpa edəcəyini vurğulayıb.

Qeyd edək ki, Vild-Donald Gerrye "Qarabağ"a 2017-ci il iyulun 6-da keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.